Hikmət Hacıyev Ermənistanın sülh müqaviləsi imzalaması üçün beynəlxalq ictimaiyyəti səyləri səfərbər etməyə çağırıb
05 Noyabr 2021
“Səfir həmkarlarımızla işğaldan azad edilmiş ərazilərə səfər edəndə onlar dağıntıların miqyasını öz gözləri ilə görüblər”.
Bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan bu əməllərə quruculuqla cavab verir: “Məsələn, Azərbaycan tamamilə dağıdılmış 9 şəhəri yenidən qurmalıdır. Azərbaycanın Ermənistana təklifləri isə göz qadağındadır. Ermənistan cəmiyyəti də siyasi, psixoloji olaraq dəyişməli, qonşularla sülh şəraitində yaşamağı qəbul etməlidir. Əgər İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında belə sülh müqaviləsi imzalanıbsa, Azərbaycanla Ermənistan arasında niyə imzalanmamalıdır? Biz beynəlxalq ictimaiyyəti bu istiqamətdə səylərini səfərbər etməyə çağırırıq”.