Hətta ÜST də Rusiyanı tərk edir
16 May 2023
Bazar ertəsi, mayın 15-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyasında qurumun Moskvadakı Avropa Ofisinin bağlanması qərara alınıb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri Viktor Lyaşko məlumat verib.
Onun sözlərinə görə, sessiyada üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib.
Lyaşko əlavə edib ki, Ukrayna bu prosesə ötən ilin mayında təşəbbüs göstərib və Moskvadakı ofisin bağlanması beynəlxalq təşkilatın nümayəndəliyinin Rusiya Federasiyasını tərk etməsinin ilk uğurlu nümunəsidir.