Hərbi Gürcüstan yolu ilə ümidsizlik addımı...
28 Sentyabr 2022
Rusiya əhalisinin bir hissəsinin xaricə köçməsi ilə bağlı nəzərəçarpacaq proses gedir. Məsələn, son günlər təkcə Şimali Osetiya ilə Gürcüstan arasındakı yüksək dağlıq Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə on minlərlə insan Rusiyanı tərk edib. Hazırda Gürcüstanda 250 mindən çox rus var. Onların bir qismi daha sonra Türkiyə və ya Avropa ölkələrinə köçəcəklər. Digər hissəsi isə Gürcüstanda məskunlaşmağa, bizneslə məşğul olmağa çalışır.
Bir çoxları ailəsi ilə köçür. İnsanlar aviabilet qıtlığı səbəbindən bütün Rusiya ərazini öz avtomobillərində keçirlər. Sərhəd yaxınlığında onlarla kilometr tıxac olduğundan ruslar maşınlarını atır, ya da onu satıb yola piyada davam edirlər.
Rusiya mənbələrinin məlumatına görə, səfərbərlik elan ediləndən sonrakı bir neçə gün ərzində ölkəni 261 min nəfər tərk edib və bu axın davam edir. Yəni Rusiyanın qarşıdakı həftələrdə və aylarda nə qədər vətəndaşını itirəcəyi hələlik məlum deyil.
Ortaya maraqlı sual çıxır: Gürcüstanda, Türkiyədə, Yunanıstanda və əgər qəbul etməyə razı olsalar, Avropada bu insanların əksəriyyətini nə gözləyir? Belə görünür ki, çox az adam bundan sonra onlarla nə olacağını dərk edir. Beləliklə, məlum olur ki, onların əksəriyyəti üçün bu mühacirət son addım - ümidsizlik addımıdır. Vətənini tərk etmək qərarına gələn bu yüz minlərlə Rusiya vətəndaşının aqibəti necə olacaq? Onların əksəriyyəti yenidən vətənə qayıtmaq üçün açıq-aydın ümid etdikləri rejim dəyişikliyini harada və hansı şərtlər altında gözləyə biləcək?
Hazırda Varşavada yaşayan rusiyalı müstəqil ekspert, sosial antropoloq Denis Sokolov bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:
- Düşünmürəm ki, bu insanların çoxu yaxın gələcəkdə başlarına nə gələcəyi ilə bağlı özlərinə hesabat verirlər. Onlar sadəcə olaraq səfərbərlikdən qaçırlar. Çünki getmək istəyən və xaricdə gələcəklərini qismən də olsa necə qura biləcəklərini təsəvvür edənlərin çoxu artıq gediblər. İndi isə o zaman hansısa səbəbdən getməyən, vaxtı olmayanlar qaçırlar. Məsələn, onlar zamanında ona görə gedə bilməyiblər ki, daşınmaz əmlak satmağa hazırlaşıblar, ya da Rusiyadan kənarda hansısa iş tapacaqlarına, yaxud biznes təşkil edəcəklərinə ümid ediblər. Budur, o zaman gedə bilməyənlər, indi gedirlər.
Əksəriyyət, təbii ki, öz ölkələrindən kənarda nə edəcəklərini dərk edərək deyil, sadəcə müharibədən qaçır.
Ona görə də, bu problem humanitar problem olaraq həm bu insanların özlərinin, həm də qaçdıqları ölkələrin hökumətlərinin qarşısına çıxacaq. Düşünürəm ki, yaxın gələcəkdə sadəcə olaraq qaçqın vəziyyətinə düşmüş ruslarla necə davranmaq barədə müzakirələr başlayacaq. Baxmayaraq ki, Rusiyanın özündə hələ müharibə yoxdur, onları Avropadakı müharibə qaçqınları olan ukraynalılarla eyniləşdirmək versiyası var. Ya da, buna bənzər başqa hansısa başqa konstruksiyalar olacaq. Amma bütün hallarda bu, müzakirə olunacaq problemdir və insanlar artıq bu barədə düşünürlər. Mən bilirəm ki, Avropa İttifaqında, Birləşmiş Ştatlarda və Kanadada bu insanlarla nə etmək barədə artıq kifayət qədər düşünürlər. Aydındır ki, onlardan İT mütəxəssisi olanlar asanlıqla iş tapa biləcəklər. Hətta Kanadaya getməklə bağlı təklifləri də var. Amma gəlirlərini məsafədən işləməklə əldə edə bilməyən və ya hər hansı yeni yerdə təşkil etməyə öyrəşməyənlər isə ciddi problemlər yaşayacaqlar.
Rauf Orucov