Hərbi əməliyyata hamı razıdır, hətta separatçılar da susub
06 Avqust 2022
Azərbaycan Ordusu Rusiyanın “sülhməramlı” adlandırılan kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə kiçik anti-terror əməliyyatlarını davam etdirir. Bu gün Kəlbəcərin Buzluq zirvəsinə nəzarətin bərpa edilməsi rəsmən təsdiq olunub və sosial şəbəkələrdə videolar paylaşılıb.
Bundan əvvəl Xankəndi və Xocalı şəhərlərini nəzarətdə saxlayan Sarıbaba və Qırxqız yüksəklikləri düşməndən təmizlənib, pilotsuz döyüş aparatları vasitəsilə erməni silahlı dəstələrinə aid hərbi hissə, postlar, hərbi anbarlar, canlı qüvvə və texnika sıradan çıxarılıb. Ermənistan bölgədəki hərbçilərinin təcili evakuasiyası haqqında qərar qəbul edib. Eyni zamanda, Baş nazir Nikol Paşinyan iddia edib ki, bölgədə Ermənistana aid hərbçi yoxdur, oradakı silahlı şəxslər "dqr-ın müdafiə ordusudur". Bundan əlavə, erməni rəsmiləri sentyabra qədər sözügedən ərazilərdə Ermənistana aid heç bir silahlı birləşmənin olmayacağını açıqlayıblar.
Xatırladaq ki, Azərbaycanın təxminən 3.200 kvadrat kilometr ərazidə yerləşən 191 kənd, qəsəbə və şəhəri hələ də suverenliyimiz altına deyil. Bura Laçın dəhlizinin sülhməramlıların nəzarətində olmasından dolayı Laçın şəhəri və rayonun bir neçə kəndi, Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun Kərkicahan qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun Əsgəran qəsəbəsi, 44 kəndi, o cümlədən keçmiş Ağdərə rayonun Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölünmüş qəsəbə və şəhərləri daxildir. Belə ki, Kəlbəcərin üçdə biri, yəni 30-a yaxın kənd, Ağdamın 8 kəndi, Tərtər rayonuna aid Ağdərə şəhəri və 15-ə yaxın kəndi işğal altında qalmaqda davam edir. Qazax rayonuna məxsus 7 kənd və Naxçıvanın Kərki kəndi də nəzarətimizə daxil olmayan ərazilərimizdir. Elə buna görə də, Azərbaycan Şuşa və Hadrut şəhərləri istisna olmaqla əvvəllər "Dağlıq Qarabağ" adlandırılan əraziyə nəzarəti tam bərqərar etmək üçün səylərini artırıb.
Azərbaycanın həm kiçik, həm də ehtiyac yarandığı təqdirdə iri miqyaslı anti-terror əməliyyatı keçirməyə hüququ var. Və bu zaman heç bir razılaşma və ya öhdəlik pozulmur. Əksinə, anti-terror ölkənin sabitliyi, bütövlüyü və gələcək inkişafı üçün vacibdir. Heç bir dövlət ərazisində ona tabe olmayan hansısa silahlı dəstələrin olması ilə barışa bilməz. 2020-ci il 10 noyabr razılaşmasında da bu məsələ nəzərə alınaraq, erməni silahlı birləşmələrinin tərksilah edilməsi məsələsi qoyulmuşdu. Amma ötən müddət ərzində nəinki bu qüvvələr tərksilah edilməyib, əksinə, Rusiya “sülhməramlılarının” gözü qarşısında və birbaşa köməyi ilə daha da gücləndirilib.
Müdafiə Nazirliyinin rəsmi mövqeyi bundan ibarətdir ki, bölgənin tam silahsızlaşdırılmasına qədər əməliyyatlar davam etdirləcək. Prezident İlham Əliyev də Fransa prezidenti Emmanuil Makron, Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel, ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasının Azərbaycan üçün prioritet olduğunu bəyan edib.
Hərbi əməliyyatlara Qərbin və Rusiyanın reaksiyası olduqca "sakitdir". Çox maraqlıdır ki, Ermənistandan da hay-küylü açıqlama olmadı. Bir çox ekspertlərin proqnozlaşdırdığı kimi rəsmi Bakıya qarşı Şimaldan və Qərbdən kəskin, hədə-qorxu tonlu mesajlar verilmədi. Belə təəssürat yaranıb ki, Azərbaycanın tələbi bütün oyunçular tərəfindən qəbul edilir və bölgənin qısa müddətdə silahsızlaşdırılması, arxasınca sülh danışıqlarında ciddi irəliləyişlərin baş verməsi gözlənilir. Bu təəssüratı gücləndirən əsas amillərdən biri Ermənistan hakimiyyətinin və xalqının müqavimət potensialının olduqca aşağı olmasıdır. Bu günlərdə radikal erməni müxalifətinin susması, cəmiyyətdə bu barədə ciddi çalxalanmaların müşahidə olunmaması prosesin rəvan getməsinə şərait yaradır. Qarabağdakı separatçı cinayətkar qruplaşma da özünü xeyli dərəcədə sakit apardı. “Sülhməramlı” kontingentin rəhbəri general Volkovun erməni icmasının nümayəndələri ilə görüşdüyü masaya Azərbaycan bayrağının qoyulması isə ilk dəfə müşahidə olunurdu. Bundan əvvəl masalarda Rusiya və qondarma rejimin bayraqları olurdusa, Volkov bu dəfə “dqr bayrağına” ümumiyyətlə ehtiyac görməmişdi.
Beləliklə, prosesin silah gücünə aparılmasına rəğmən hamının "məmnun qalması" yaxın gələcəkdə bir sıra sualların aydınlaşmasına gətirib çıxaracaq:
Qondarma rejimin "müdafiə ordusu" ləğv olunacaqmı? Azərbaycan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə suverenliyini bərpa edəcəkmi? Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolda ölkəyə giriş-çıxış kimin nəzarətində olacaq? Daxili yollar açılacaqmı? Rusiya hərbçiləri hazırda durduqları nöqtələri təmas xəttinə çevirməyəcək ki?
Və nəhayət! Rusiyanın “sülhməramlılara” istədiyi statusa və qalma müddətinin 2030-cu ilə qədər uzadılması ilə bağlı təklifinə Bakıdan hansı cavab veriləcək?
Bu suallara hansı cavabların veriləcəyi Azərbaycanın Xankəndi də daxil olmaqla 191 yaşayış məntəqəsini öz suverenliyinə daxil etməsindən asılıdır.
Bu zaman ortaya daha bir sual çıxır: Ukraynaya qarşı müharibədə zəifləməsinə baxmayaraq bölgədə hərbi-siyasi dominantlığını saxlamaqda olan Rusiya bunun qarşılığında Azərbaycandan nə istəyə bilər?
Bəzi ekspertlər bildirirlər ki, “sülhməramlı” kontingentə status verilməsi və onların mandatının növbəti 5 il uzadılması, yaxud Rusiya ordusuna hərbi baza statusunun verilməsi müzakirə oluna bilər. Azərbaycanın mövcud Konstitusiyası ölkədə xarici hərbi bazaların yerlşdirilməsinə icazə vermir. Amma hazırda siyasi kuluarlarda payızda ölkədə konstitusiya referendumunun keçiriləcəyinə dair şayiələr gəzir.
Ümidverici məqam ondan ibarətdir ki, Azərbaycan bu məsələlərdə təkbaşına qərar vermir, Türkiyə ilə sıx işbirliyindədir. Ankara bölgədə mövqeyini xeyli gücləndirib və Moskva ilə maraqlarını balanslaşdırmaq iddia və iqtidarındadır. Hər halda Azərbaycanın bütün Qarabağda suverenliyinin təminatının qarşılığında Rusiyanın istəklərinə müsbət cavab veriləcəksə, bu zaman Türkiyənin də maraqları və təhlükəsizlik zəmanətləri təmin ediləcək.
Turqut