Hərbçimiz silahla ehtiyatsız davranma nəticəsində həlak olub
16 Sentyabr 2023
Azərbaycan ordusunun hərbi qulluqçusu Rüfət Xanəhməd oğlu Ağayev silah ilə ehtiyatsız davranma nəticəsində həlak olub, Müdafiə Nazirliyi bildirib.
Məlumatda deyilir ki, Ağayev “silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəş zamanı” həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Caspian Defense Studies Institute (CDSI – Xəzər Hərbi Tədqiqatlar İnstitutu) bildirib ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itki 44 hərbçidir.
Eyni zamanda, 9 nəfər döyüş şəraitində həlak olub, qalan itkilər qeyri-döyüş şəraitində baş verib.