Həftənin "səkkiz" günü işləyənlərin nəzərinə - Britaniya dörd günlük iş həftəsinə keçir
06 İyun 2022
Böyük Britaniyada onlarla şirkət bazar ertəsindən etibarən işçilərin maaşlarını azaltmadan yeni təcrübəyə başlayır.
Bu barədə “Skay Nyus” nəşri məlumat yayıb.
Məlumata görə, şirkətlər işçilərin maaşını 100% ödəmək və məhsuldarlığı yüksək səviyyədə saxlamaq şərti ilə dördgünlük iş həftəsinə keçib.
3000 insanın cəlb edildiyi pilot layihə 6 ay davam edəcək.
Tədqiqatın sponsorları işçi qüvvəsinin məhsuldarlığını ölçmək üçün universitet alimləri ilə birlikdə işləyirlər. Onlar həmçinin dördgünlük iş həftəsinin ətraf mühitə və gender bərabərliyinə necə təsir etdiyini qiymətləndirəcəklər.
Layihənin baş icraçı direktoru Coe Okonnor insanların koronavirus pandemiyası zamanı ofisdən kənarda olmağa alışdıqları üçün Britaniyanın “dördgünlük həftənin qlobal sürətinin zirvəsində” olduğunu söyləyib.
Qeyd edək ki, Belçika da dördgünlük iş həftəsinə keçid etməyə hazırlaşır.