Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həcc ziyarəti qayıtdı - Əcnəbilər də Kəbə ətrafında dövrə vura biləcəklər

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyasının başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb.

Bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi nazirliyə istinadən məlumat yayıb.

“Bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsi üçün Həccin davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallığa ərazisində girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.