Həbsxanadan Parisə...
27 Aprel 2023
İranın mükafatlı kino rejissoru Cəfər Pənahi həbs cəzasını çəkdikdən sonra ilk dəfə olaraq ölkəsini tərk edib.
Həbsdən azad olunmasına baxmayaraq son 14 ildə Pənahinin xaricə çıxışına qadağan qoyulmuşdu.
Tahirə Səidi aprelin 25-də özünün Instagram hesabında yazıb ki, o və əri bir neçə günlüyə xaricə səfər edirlər.
Onlar qızlarının yaşadığı Fransaya yola düşüblər.
62 yaşlı Pənahi ötən iyul ayında hakimiyyətin antihökumət etirazlarını yatırmağa çalışdığı vaxt həbs edilmişdi.
O İran ədliyyəsinin “qanunsuz və qeyri-insani” davranışına qarşı keçirdiyi aclıq aksiyasının ardınca ötən ay həbsxanadan müvəqqəti olaraq azad edilmişdi.
Onun vəkili AFP agentliyinə deyib ki, rejissor cəzasını tam çəkdikdən sonra ona ölkəni tərk etmək icazəsi verilib və pasportu qaytarılıb.
Son həbsinə bir beçə gün qalmış Pənahi 300-dən çox kinematoqrafçının təhlükəsizlik qüvvələrini “silahlarını yerə qoymağa” çağıran məktubunu imzalamışdı.
Bu məktub may ayında Abadan şəhərindən yaşayış binasının uçması və 41 nəfərin ölməsi ilə əlaqədar yazılmışdı.
Hakimiyyət bu hadisəyə görə etiraz edənlərə qarşı sərt qüvvə tətbiq etmişdi.
Daha sonra isə sentyabrda 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölməsinə etirazdan başlanan aksiyalar bütün ölkəni bürümüşdü.
İranda kino sənəti xadimlərinə qarşı repressiyalar indi də davam edir.
Bugünlərdə ictimai yerlərdə hicabsız görünmələrinə görə məşhur kino aktrisası Katayun Riyahi də daxil bir neçə tanınmış aktrisaya qarşı cinayət işləri açılıb.
Cəfər Pənahi 1960-cı ildə Şərqi Azərbaycan ostanının Miyanə şəhərində azərbaycanlı fəhlə ailəsində doğulub.
O kino sənətinə kiçik yaşlarından maraq göstərib.
Pənahi 20 yaşında İran ordusunda hərbi xidmətə çağırılıb. Bu 1980-1982-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı idi.
Pənahi hərbi xidmətini başa vurduqdan sonra Tehrandakı Kino və Televiziya Kollecinə daxil olub.
O İran dövlət televiziyasının 2-ci kanalı üçün qısametrajlı filmlər çəkirdi.
Pənahi həmin illərdə özünün “Yaralı başlar” adlı sənədli filmini çəkib. Bu filmdə İran Azərbaycanında məhərrəmlik aylarında keçirilən “sinədöymə” mərasimi tənqid olunurdu.
Rejissorun böyük yaradıcılıq yolu məhz bu filmlə başlayıb. O sonrakı illərdə onlarca maraqlı filmlər çəkib.
Pənahinin demək olar bütün filmlərinin ağır ictimai-siyasi yükü var.
O yaradıcılığı ilə yanaşı həm də fəal ictimai mövqe tutub.

Kino xadimlərinə qarşı repressiyalar davam edir

Cəfər Pənahinin həyatı və filmləri