Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hava şəraiti haqqında növbəti xəbərdarlıq

Hava şəraiti haqqında yeni məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Pressklub.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, 2-də günün birinci yarısında, 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mayın 2-3-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 1-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.