Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hatayın daha bir rayonunda zəlzələ olub

Türkiyənin Hatay şəhərinin Hassa rayonunda - Suriya ilə sərhədin yaxınlığında 4,6 maqnitudalı zəlzələ olub.

Pressklub.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 5,13 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 02:29-da qeydə alınıb.