Hamının prezidenti - Tokayev hakim partiya sədrliyindən getdi
26 Aprel 2022
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev konstitusiya dəyişikliklərinə uyğun olaraq hakim Amanat (Əmanət) partiyasının sədrliyindən gedib. O, bu addımını siyasi müxtəlifliyi genişləndirəcəyi ilə bağlı vədi ilə bağlayır.
Tokayev qərarını aprelin 26-da partiyanın qurultayında açıqlayıb.
Qeyd edək ki, martın 1-nə kimi hakim partiya Nur-Otan (Ata yurdun işığı) adlanırdı. Bu ad keçmiş prezident Nursultan Nazarbayevlə assosiasiya olunurdu. Hakim partiya 1998-ci ildə qurulanda adı Otan (Ata yurd) idi.
Prezident deyib ki, partiya sədrliyi parlamentin aşağı palatasının (Məclis) sədri Erlan Qoşanova verilir. Hökumətyönlü Adal (Vicdanlı) partiyası isə qurultayda Amanat-a birləşəcəyini elan edib.