Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hakan Fidanı: Hazırda Rusiya və Ukrayna masa arxasında otura bilməzlər

Rusiya və Ukrayna hazırda bir masa arxasında oturmaq nöqtəsində deyillər.

Bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan türkiyəli jurnalistlərlə görüşündə deyib.

Nazir bununla yanaşı, atəşkəsin vacib olduğunu diqqətə çatdırıb: “Artıq dialoqa, savaşın dayanmasına ehtiyac var. Çünki Avropanın ortasında davam edən müharibə bütün region üçün risklidir”.

Nazir söyləyib ki, döyüşlər Qara dənizin təhlükəsizliyi başda olmaqla, bir çox regional məsələlər üçün təhdiddir.