Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edilib

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə həbs olunub.

Hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Son məhkəmə iclasında müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını tələb edib. Vəkil Dmitri Xaçidze deyib ki, məhkəmə prosesi boyunca prokurorluq Cuanşer Burçuladzenin günahını sübut etmək üçün kifayət qədər dəlil təqdim etməyib.

Qeyd edək ki, Cuanşer Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub. O, ötən ilin sentyabrında saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə və külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunurdu.