Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda zəlzələ olub

Gürcüstanın qərbində - Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 19.33-də qeydə alınan yeraltı təkanların ocağı 4,96 km dərinlikdə olub.

Zəlzələ Türkiyənin Artvin vilayətində də hiss olunub. Zəlzələ xüsusilə Gürcüstanla həmsərhəd olan Kemalpaşa, Hopa və Arhavi rayonlarında qorxuya səbəb olub.