Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda vitse-spiker prezident qarşı çışxdı: “Bütün hədləri keçir...”

"Gürcüstan prezidenti Salome Zurabişvili bütün konstitusion funksiyalarını, rollarını və səlahiyyətlərini aşıb, onun bəyanatları ölkənin təhlükəsizliyinə zərərlidir", – parlamentin birinci vitse-spikeri Giya Volski bildirib.


Pressklub.az Gürcüstan mediasına istinadla xəbər verir ki, jurnalistlər Giya Voslkidən prezidentin və ya onun nümayəndəsinin Gürcüstanın baş nazirinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasına dəvət edilməməsinin səbəblərini soruşublar. Cavabında Volski bildirib: “Salome Zurabişvilinin Konstitusiyaya görə müəyyən bir rolu, funksiyası var. O, bütün funksiyaların, rolların, konstitusiya səlahiyyətlərinin sərhədini keçib və tamamilə fərqli bir vəziyyət yaradıb... Bu, bir çox hallarda, hətta təhlükəsizlik üçün, Gürcüstanın nüfuzu üçün zərərlidir”.


Bundan əvvəl Gürcüstan Prezidentinin Administrasiyasının bəyanatında bildirilmişdi ki, məhz Zurabişvili dəfələrlə Təhlükəsizlik Şurasının çağırılmasının zəruriliyindən danışıb və Rusiya vətəndaşlarının kütləvi nəzarətsiz miqrasiya risklərinə diqqət çəkib.


Portal xatırladır ki, Zurabişvili son vaxtlar sərt bəyanatlarla çıxış edir, hökuməti Ukraynaya qarşı qeyri-sabit mövqeyinə, Qərbə qarşı ritorikasına görə tənqid edir və parlament tərəfindən qəbul ediləcəyi təqdirdə xarici agentlər haqqında qanuna veto qoyacağı ilə hədələyir.