Gürcüstan prezidenti Kiyevə qarşı: "Onların istədiyini edə bilmərik"
06 May 2022
"Aydındır ki, ehtiyatlı olmalıyıq, çünki bizim çoxlu imkanlarımız yoxdur. Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilməyəcəyik".
Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Onun sözlərinə görə, ukraynalılar Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin yaranmasını istəyirlər:
“Ukraynalılar bəzən nəinki təkcə Gürcüstandan, hətta öz tərəfdaşlarından daha çoxunu tələb edirlər. Müxtəlif partnyorlara qarşı kobud ifadələr işlədirlər. Bəli, onlar Gürcüstandan da silah almaq və Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhəni yaratmasını istəyirlər. Bütün bunlar mümkün deyil!
İşğal olunmuş iki ərazimizin olduğunu və onlardan birini Rusiyaya birləşməklə bağlı “referendum”un keçirilməsindən danışıldığını nəzərə alsaq, Gürcüstan hökumətinin ölkənin indiki mərhələdə nə edə biləcəyi ilə bağlı addımları real yanaşmadır. Aydındır ki, ehtiyatlı olmalıyıq, çünki bizim çoxlu imkanlarımız yoxdur, heç kim Gürcüstanı Ukrayna qədər dəstəkləməyə hazır olmayacaq və biz Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilməyəcəyik", - deyə Zurabişvili qeyd edib.