“Günay Bank”dakı əmanətlər batdı?
17 May 2023
Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib.
Deputat Vüqar Bayramov bankdakı əmanətlər ətrafında yaranmış çoxsaylı suallara aydınlıq gətirib.
O bildirib ki, bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub:
“Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşa məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub”.
“Hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır” , - parlamentari qeyd edib.
Qeyd edək ki, bundan əvvəl digər iqtisadçı ekspert Samir İsmayıl sosial şəbəkə hesabında yazıb: “Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləğv etdi. Hüquqi şəxs cari hesabımızda olan 1950 AZN donduruldu. Batdı desək, daha doğru olar…”
O qeyd edib ki, əvvəlki illərdə də oxşar təcrübə yaşanıb: “Ötən illərdə ləğv olunan (ATA, AG, NBC, Standard, Dəmir, Amrah) banklarda hüquqi şəxslərin 100 milyonlarla AZN vəsaiti batdı. Üstündən 3 il vaxt keçib, Əmanətlərin Sığortalanması Fondu bu pulların adını çəkmir.
Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşırılır”.
Ekspert bildirib ki, hüquqi şəxsin hesabında vəsait varsa, bu, hələ həmin hüquqi şəxsin vəsaiti olduğu anlamına gəlmir: “Həmin vəsaitin çoxsaylı təyinatları var. Əgər hüquqi şəxsin hesabında olan vəsait lisenziyası ləğv olunan bankda batırsa, həmin hüquqi şəxs öz öhdəliklərini 3-cü tərəf qarşısında necə yerinə yetirsin?”
S. İsmayıl, həmçinin əlavə edib ki, 2020-ci ildə bağlanan banklarda 5500 AZN vəsaiti qalıb: “Məktub yazmışıq, onlar cavab olaraq bildiriblər ki, hələ Himayəçilər Şurasının hesabında olan vəsaitlərin verilməsinə baxılmır. Öncə əmanətlər, vergilər və s. ödənilir. Elə şirkət var ki, Standard Bankda 72 mln vəsaiti qalıb”.
Qeyd edək ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.