Logo
news content
User
Kateqoriyalar

Xəbər

Göyçayda iftar məclisində kütləvi zəhərlənmə olub

Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunur ki, kütləvi zəhərlənmə hadisəsi rayondakı “Zeynəb” şadlıq sarayında baş verib.

İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Çox keçmədən məlum olub ki, 12 nəfərdən 10 nəfərində analoji vəziyyət yaranıb.

Rayonun Çərəkə kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.

Həkimlərin səyi nəticəsində onların hər biri müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıb.

Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. AQTA nümayəndələri hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.