Logo
news content
User
Kateqoriyalar

Xəbər

Göyçay şəhər icra nümayəndəsi saxlanıldı - FOTO

Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.

Göyçayın icra nümayəndəsi saxlanıldı

R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev həbs edilib. (Qafqazinfo)