Logo
news content
User
Kateqoriyalar

Xəbər

G7 ölkələri süni intellektdən istifadə üçün beş prinsip hazırlayıb

Yeddilik Qrupu (G7) ölkələri süni intellektli tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.

Bu barədə bazar günü yayılan, G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilir.

Sənəddə göstərilən prinsiplər qanunun aliliyi, hüquqi prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmətdir.

“Biz demokratik dəyərləri sarsıdan, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında deyilir.

Qeyd edək ki, iclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, ChatGPT çat botunun populyarlığının artması ilə bağlıdır. Bununla bağlı olaraq, hazırda G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.