Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol üzrə İngiltərə çempionatının oyunu koronavirusa görə təxirə salınıb

Futbol üzrə İngiltərə çempionatının 17-ci turunun “Brentford” – “Mançester Yunayted” oyunu qonaq komandasının heyətində koronavirusa yoluxma hallarına görə təxirə salınıb.

Bu barədə "Mançester Yunayted" klubunun mətbuat xidməti bildirib.

Qarşılaşma dekabrın 14-də "Brentford Community" stadionunda keçirilməli idi.

Daha əvvəl “Mançester Yunayted”in bir neçə futbolçusu və heyətində koronavirus testi pozitiv çıxdığı məlumat olub.(Trend)