Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransızlar kimi seçir?

Fransanın “İpsos” şirkəti ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. 4-5 apreldə aparılmış sorğu 1712 respondenti əhatə edib.

Sorğuya əsasən, prezident seçkisinin aprelin 10-na təyin olunmuş ilk turunda indiki dövlət başçısı Emmanuel Makron 27% səslə önə çıxır.

Emmanuel Makron “İrəli, respublika!” hərəkatının lideridir. 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

Marin Len Pen 22% səslə ikinci yerdə qərar tutur. O, lideri olduğu Milli Cəbhənin namizədidir.

Sorğuya qatılanların 17%-i Fəthedilməz Fransa Partiyasının namizədi Jan-Lük Melanşona, 8,5%-i ifrat millətçilərin namizədi Erik Zemmura, 8%-i Respublikaçılar Partiyasının namizədi Valeri Pekresə dəstək verib.

Qalan namizədlər belə sıralanır:

Yaşıllar Partiyasının namizədi Yannik Jado – 6%

Kommunist Partiyasının namizədi Fabyen Russel – 3,5%

“Müqavimət Göstərək!” Partiyasının namizədi Jan Vassal – 2,5%

Sosialist Partiyasının namizədi Ann İdalqo və “Qalx, Fransa!” Partiyasının namizədi Nikola Düpon-Enyan – hər biri 2%

Yeni Antikapitalist Partiyasının namizədi Filipp Putu – 1%

Fəhlə Mübarizəsi Partiyasının namizədi Natali Arto – 0,5%.

Seçkinin ikinci turu aprelin 24-nə təyin edilib.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. Ondan əvvəl dövlət başçısı postunu Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten, Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi və Fransua Oland tutublar. (Novator)