Fransada inflyasiya rekord həddə çatdı
15 May 2022
Fransada inflyasiya 1985-ci ildən sonrakı ən yüksək həddə çatıb.
Fransa Milli Statistika İnstitutunun məlumatına görə, apreldə inflyasiya 4,8% təşkil edib. Halbuki martda göstərici 4,5% idi.
Artımın əsas səbəbi enerji daşıyıcılarının 26% bahalaşmasıdır.
Ay ərzində ərzaq məhsulları 3,8, xidmətlər 3% bahalaşıb. Ərzaq məhsullarından ən çox göyərti, ət, çörək və yağın qiyməti artıb. Nəqliyyatda isə ən ciddi bahalaşma 22%-lə aviasiyada qeydə alınıb. Martda bu sektorda qiymət artımı 5,7% olub. Yalnız siqaret və tibbi vasitələrin qiymətləri cüzi ucuzlaşıb.