Fransa: seçkidən sonra seçki
13 Aprel 2022
Aprelin 24-ü Fransada prezident seçkisinin ikinci turu keçiriləcək. İlk turda – 10 aprel səsverməsində dövlət başçısı Emmanuel Makronla müxalif Milli Birlik Partiyasının lideri Marin Le Pen önə çıxıblar, aprelin 24-də onlar mübarizə aparacaq.
Fransanı daha bir seçki gözləyir. İyunun 12-nə parlamentin aşağı palatasına – Milli Məclisə seçkinin ilk turu təyin edilib. İkinci tur günü də bəllidir: 19 iyun.
Milli Məclis 577 təkmandatlı dairədə seçilir. İlk turda seçilmək üçün 50%-dən çox səs toplamaq gərəkdir.
2017-ci il iyunun 11-18-də seçilmiş indiki parlamentdə 567 deputat var.
Prezident Emmanuel Makronun başçılıq etdiyi “İrəli, respublika!” hərəkatı və ona dəstək verən Demokratik Hərəkat Partiyası aşağı palatada ümumilikdə 346 mandatla təmsil olunur.
198 deputat müxalif qurumları təmsil edir, 23 deputat fraksiyalara daxil deyil.
Fransa parlamentinin 348 nəfərlik yuxarı palatasını – Senatı bölgələrdəki kollegiyalar seçir.
Milli Məclisin səlahiyyət müddəti 5 il, Senatın səlahiyyət müddəti 6 ildir.