Fransa prezidenti seçkiləri - Əlahəzrət rəqəmlər
26 Aprel 2022
Fransada 2022-ci ilin prezident seçkisi dövlət başçısı Emmanuel Makronun qələbəsi ilə bitdi. “İrəli, respublika!” hərəkatının lideri olan Emmanuel Makron aprelin 24-də keçirilmiş ikinci turda 58,54 faiz səslə üstün gəldi.
Milli Birlik Partiyasının lideri Marin Le Pen 41,46 faiz səslə kifayətləndi.
Emmanuel Makron 2017-ci ilin prezident seçkisində də ikinci turu udmuşdu. O vaxt Emmanuel Makron 66,1 faiz nəticə göstərmiş, rəqibi Marin Le Pen (rəhbərlik etdiyi qurum Milli Cəbhə Partiyası adlanırdı) 33,9 faiz səs almışdı.
2017-ci il seçkisi ilə müqayisədə Emmanuel Makronun dəstəyi 7,56 faiz azalıb, Marin Le Penin dəstəyi bir o qədər artıb.
2022-ci il seçkisinin aprelin 10-da keçirilmiş birinci turunda Emmanuel Makron 27,85 faiz səslə önə çıxmışdı. Bu həm də o deməkdir ki, seçicilərin 72,15 faizi dövlət başçısının 11 rəqibinə dəstək verib.
Marin Le Pen həmin səsvermədə 23,15 faiz səs almışdı.
Fəthedilməz Fransa Partiyasının namizədi Jan-Lük Melanşon 21,95 faiz, ifrat millətçilərin namizədi Erik Zemmur 7,07 faiz, Respublikaçılar Partiyasının namizədi Valeri Pekres 4,78 faiz səs yığmış, qalan namizədlər belə sıralanmışdı: Yaşıllar Partiyasının namizədi Yannik Jado – 4,63 faiz, “Müqavimət Göstərək!” Partiyasının namizədi Jan Vassal – 3,13 faiz, Kommunist Partiyasının namizədi Fabyen Russel – 2,28 faiz, “Qalx, Fransa!” Partiyasının namizədi Nikola Düpon-Enyan – 2,06 faiz, Sosialist Partiyasının namizədi Ann İdalqo –1,75 faiz, Yeni Antikapitalist Partiyasının namizədi Filipp Putu – 0,77 faiz, Fəhlə Mübarizəsi Partiyasının namizədi Natali Arto – 0,56 faiz.