Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa prezident seçə bilmədi: Makron və Le Pen ikinci turda

Fransada prezident seçkilərinin ilkin nəticəsi bəlli olub. Ölkənin hazırkı prezidenti Emmanuel Makron səslərin təxminən 99 faizinin hesablanmasından sonra birinci turda 27,6 faiz səslə liderdir.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 24 faizə yaxın səs toplayıb.

Beləliklə, namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün tələb olunan 50 səs toplaya bilmədiyindən, Emmanuel Makron və Marin Le Pen ikinci tura keçiblər.

Ekspertlər bildirilər ki, ikinci turda böyük ehtimalla Makron qalib gələcək. Çünki seçkilərdə təqribən 22 faiz səs yığaraq üçüncü yer tutan solçu Jan-Lyuk Melanşon tərəfdarlarını heç bir halda Le Penə səs verməməyə çağırıb. Ehtimal edilir ki, onun elektoratının böyük hissəsi Makrona səs verəcək.