Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesini dəstəkləyib

Fransa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinin başlaması imkanını dəstəkləyir və bu məsələnin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir.

Bunu erməni KİV-lərinə müsahibəsində Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.

O bildirib ki, Fransa sərhədlərin delimitasiya və demarkasiyasına nail olunmasını vacib hesab edir: "Biz, beynəlxalq ictimaiyyət olaraq, bu proseslərin dinc şəraitdə keçirilməsinə səsləyirik. Aydındır ki, sülh mühitinin yaradılması bu işləri sürətləndirməyə imkan verəcək".(Trend)