Logo
news content
User
Kateqoriyalar

Xəbər

"France-Presse"nin əməkdaşı Baxmutda həlak oldu

“Agence France-Presse”in (AFP) jurnalisti Arman Soldin Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlər getdiyi Baxmut rayonunda həlak olub.

Bu barədə AFP tviterdə məlumat yayıb.

“Bu gün Ukraynanın şərqində AFP-nin videojurnalisti Arman Soldinin ölüm xəbərini eşitməkdən məyusuq”, - paylaşımda qeyd olunub.

Arman Soldinin hadisənin şahidi olan həmkarlarının agentliyə verdiyi məlumata görə, o, Baxmut rayonunun Çasovoy Yar şəhərinə Rusiyanın raket hücumu sonucunda ölüb.