Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Forbes”: Ukraynanın 20 %-i işğal edilib, Rusiya 13 milyard dollarlıq hərbi texnika itirib

Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil edir.

Hesablamanı “Forbes” nəşri aparıb.

Nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasıdır.

Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni təşkil edirdi.

Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb - 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), "İl-76" təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.

Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadratkilometrdir.