Logo
news content
User
Kateqoriyalar

Xəbər

Forbes: Dubayda ev almaq istəyən rus oliqarxların sayı artıb

Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar fonunda Dubayda ev almaq istəyən rusiyalı milyarderlərin sayı son vaxtlar kütləvi şəkildə artıb.

Bu barədə nüfuzlu “Forbes” jurnalı yerli daşınmaz əmlak brokerlərinə istinadən məlumat yayıb.

Jurnal adının açıqlanmasını istəməyən agentdən sitat gətirib:

“Biz oliqarxların təkcə Dubayda mülk əldə etməyə deyil, həm də burada yaşamağa marağını görürük”.

Nəşr, həmçinin bildirir ki, sanksiyalara görə didərgin düşən və Qərbdə xoş qarşılanmayan milyarderlər Ukrayna ilə bağlı məsələlərdə neytrallıq vəd edirlər.