“Firon” restoranında dəbdəbəli toy - İlk dəqiqədən cəhənnəmə çevrilən ailə həyatı
24 Yanvar 2022
Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə öz keçmiş katibəsi ilə evlənməsi parlamentin bugünkü iclasında müxalifətçilərin tənqidinə səbəb olub. Daha doğrusu, onun ailə həyatı qurması faktı deyil, öz toyunu dəbdəbəli keçirməsi və pandemiya şərtlərində yüzlərlə qonaq çağırması müxalifətçi deputat Arqenaz Manukyan tərəfindən sorğu-sual edilib.
Manukyan bildirib ki, bu toydan “korrupsiya iyi” gəlir. Deputat zalda Papikyanın daha əvvəl ərazi idarəetmə və infrastruktur naziri olarkən yazılmış səs yazısını qoşub. Orada Papikyan dəbdəbəli toylardan qaçmağa və koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə mane olmamağa çağırır. Manukyanın sözlərinə görə, nazir indi özü hətta əvvəlki oliqarxik rejimin nümayəndələrinin özlərinə rəva görmədiyi şəkildə dəbdəbəli toy keçirib.
Deputat toyda nə qədər adamın iştirak etməsi, onların hamısının vaksin olunub-olunmadığı ilə maraqlanıb. Çünki yanvarın 22-dən, yəni toy günündən etibarən Ermənistanda COVID-pasportu olmayanların toylara buraxılmaması haqda məhdudiyyət tətbiq edilib.
“Bu toydan korrupsiya riskləri iyi gəlir, hansı ki, Qərbdən maliyyə alan fəallar da, ombudsman vəzifəsinə namizəd də bu haqda susurlar”, - Manukyan bildirib.
Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Lusine Badalyan isə parlamentdə həmkarı Manukyanın çıxışına cavab olaraq müdafiə nazirini müdafiə etməyə çalışıb. O deyib ki, müdafiə nazirinin ailə həyatını elə ilk dəqiqələrdən əvvəlcə sosial şəbəkələrdə, indi isə parlament zalında cəhənnəmə çevirməyə çalışırlar.
“Sizə möhkəm ailə və xoşbəxtlik arzu edirəm, cənab Papikyan, muhasibatlığı isə müxalifətin öhdəsinə buraxıram. Onlarda bu yaxşı alınır”, - Badalyan üzünü Papikyana tutaraq deyib.
Suren Papikyanla onun keçmiş katibəsi Armine Muradyanın toyu yanvarın 22-də İrəvanda oliqarx və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana məxsus olan “Faraon” (“firon”) restoran kompleksində olub. Toyda da yüzlərlə adam, o cümlədən baş nazir Nikol Paşinyan iştirak edib. (Virtualaz)