Finlandiya Rusiyadan gələn elektrik enerjisini dayandırdı
24 Aprel 2022
Finlandiya “Olkiluoto-3” Atom Elektrik Stansiyasının (AES) işə salınması sınaqları zamanı Rusiyadan elektrik enerjisinin tədarükünü müvəqqəti olaraq tamamilə dayandırıb.
Bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən “Fingrid” şirkəti bildirib.
“Olkiluoto-3 AES”-i aprelin 24-də saat 10:30-da sınaqdan keçirib, şəbəkədə hər şey plana uyğun işləyirdi”, - Finqrid açıqlamasında bildirib.
Həmçinin, Finlandiya şirkəti bazar günündən etibarən Rusiyadan elektrik enerjisi idxalını 1300 MVt-dan 900 MVt-a qədər məhdudlaşdırıb.