FES baza faiz dərəcəsini dəyişməyib
18 İyun 2026
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 3,5–3,75 % səviyyəsində saxlayıb.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki üç iclasda da FES faiz dərəcəsini dəyişməz saxlamışdı. Bununla yanaşı, ötən il sentyabrdan dekabradək FES faiz dərəcəsini üç dəfə - 4–4,25 % səviyyəsindən cari diapazonadək aşağı salmışdı.