Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərhad Əhmədovun qardaşı oğlu direktor vəzifəsindən çıxarıldı - Şirkətdə nə baş verir?

Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkətinin rəhbəri dəyişib. 

İş adamının qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilib. Onu bu postda Zeynullah Qurbanov əvəzləyib.

Qeyd edək ki, bir müddət əvvəl “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılmışdı. Belə ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD-nin iddiasına görə, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb.

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. “Forbes”in məlumatına görə, o, 1,7 milyard dollar sərvətlə rusiyalı milyarderlərin 2022-ci il üzrə reytinqində 49-cu pillədə yer alıb. (Qafqazinfo)