Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərhad Əhmədov "Luna"nı geri tələb etdi - Avropa İttifaqına müraciət

Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədov Avropa İttifaqına müraciət edib və ona qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

Bu barədə məlumatı Böyük Britaniyanın “The Times” qəzeti yayıb.

66 yaşlı milyarder bununla da “Luna” adlı yaxtasını geri qaytarmaq istəyir. Yaxtanın qiyməti 400 milyon dollar olaraq qiymətləndirilir.

Bununla belə, Avropa İttifaqı (Aİ) qeyd edib ki, təqribən 1,36 milyard funt sterlinq sərvətə sahib Fərhad Əhmədovu Kremlə yaxın biznesmen adlandırıb.

Xatırladaq ki, Aİ Rusiyanın Ukraynaya hücumu çərçivəsində aprel ayında Fərhad Əhmədova qarşı sanksiya tətbiq edib. Mayda isə Almaniyanın Hamburq limanında Əhmədova məxsus  “Luna” yaxtasına həbs qoyulub.