Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanıdlığı deyilən İlkin Süleymanova narkotik ittihamı verilib
05 Aprel 2023
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumda şübhəli şəxs kimi mediada təqdim edilən İlkin Süleymanovu narkotiklərin satışında ittiham edirlər.
Bu barədə Turana İlkin Süleymanovun əmisi Elnur Süleymanov məlumat verib.
E.Süleymanov qeyd edib ki, qardaşı oğlu aprelin 2-də saxlanılıb.
"Saytlar paylaşıblar ki, Fazil Mustafaya sui-qəsddə 6 nəfər ittiham olunur, köməkçilərdən biri də İlkindir. Ancaq biz bunu qəbul etmirik və bu qeyri-mümkündür. Deyirlər ki, hadisə martın 28-də saat 21 radələrində olub, amma İlkinin Xocasən qəsəbəsində 20.15-də müşahidə kamerasında görüntüləri var, çörək alıb evə gedir. Bu mümkündür ki, fiziki olaraq o özünü saat 21 üçün Zabrata çatdırsın?"
O, qeyd edib ki, İlkin Süleymanovun harada olduğu barədə 3 gün məlumat ala bilmirdilər.
"Yalnız dünən axşam bizə zəng gəldi, həmin şəxsə İlkin nömrə verib ki, bizə zəng vursun desin ki, narahat olmayaq, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır, amma işinə Binəqədi Rayon Polis İdarəsində baxılır".
E.Süleymanovun sözlərinə görə, bir müddət əvvəl dövlət tərəfindən İlkin Süleymanova təyin olunan vəkil onlarla əlaqə saxlayaraq onun Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.4.3 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satma) maddələri ilə ittiham olunur.
"Biz bu ittihamların heç biri ilə razılaşmırıq və qəbul etmirik. Əgər bu adamın günahı varsa, qanun qarşısında biz kimik ki, nəsə deyək? Ancaq onun qətiyyən narkotikə aidiyyəti yoxdur. Aparsınlar, yoxlasınlar, qanında narkotik var? Qətiyyən mümkün deyil. İlkin sadəcə dindar olduğuna görə belə məsələlərdə ittiham olunur".
Vəkil Zibeydə Sadıqova bildirib ki, 2 gün bütün aidiyyəti qurumlara müraciət etsə də müvəkkili İlkin Süleymanovu tapa bilmirdi.
"Yalnız dünən gecə Süleymanov İlkin Elçin oğlunun yerini müəyyən etdik. Nərimanov RPİ MSY-də saxlanılır. Cinayət işini Binəqədi RPİ başlayıb. Sadəcə Binəqədi RPİ-nin MSY-də təmir işləri getdiyi üçün təqsirləndirilən şəxsləri başqa MSY-də saxlayırlar. Davamlı olaraq 102 Xidməti və Ombudsman Aparatının qaynar xətti olan 916 xidməti ilə danışıb, yerini müəyyən etmək üçün kömək etmələrini istəsəm də, heç bir qurum bu işdə köməklik etmədi".
Vəkil qeyd edib ki, aprelin 3-də səhər saatlarında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
"Dedilər ki, bizdə yoxdur. Binəqədi rayon polis bölmələrindən də mənə İlkin Süleymanovun onlara daxil olmadığını dedilər. Ombudsman Aparatına təkrar müraciət etmişəm, dedilər axtarırıq, sonra da mənə zəng vurub "tapmısız?" deyib sual veriblər. Axır ki gecə məlum olub ki, İlkin Süleymanov Nərimanov Rayon Polis İdarəsindədir".
Z.Sadıqovanın sözlərinə görə, bu gün də bütün cəhdlərə baxmayaraq öz müvəkkili ilə görüşə bilməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirilib ki, İlkin Süleymanovla bağlı cinayət işi var.
"İstintaq hərəkətləri aparıldığı üçün əlavə məlumat vermək səlahiyyətimiz yoxdur", o qeyd edib.