Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fazil Mustafaya sui-qəsd kiçik qızının gözü önündə baş verib

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bu sözləri millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili əməliyyat olunub və hazırda özəl xəstəxanadadır.

Polis hadisə yerindədir. (Musavat)