Fazil Mustafaya qarşı terror aktı İranın işidir - deputatlar
29 Mart 2023
Deputat Fazil Mustafaya qarşı terror aktı xarici qüvvələr tərəfindən törədilib və Azərbaycanda sabitliyin pozulmasına yönəlib, Turan-ın rəyini soruşduğu ölkə siyasətçiləri bu fikirdədir.
"Bu, Azərbaycanda söz azadlığına, demokratiyaya olan hücumdur. Azərbaycanda sabitliyin, ölkədə aparılan islahatların qarşısını almaq üçün xarici qüvvələrin atdığı addımdır", deyə hakim "Yeni Azərbaycan Partiyası"ndan olan deputat Məşhur Məmmədov bildirib.
Onun fikrincə, İranda Azərbaycan səfirliyinə olan hücumdan və burada olan bir neçə pozucu hərəkətlərdən sonra başqa bir versiya qalmır.
O, həmçinin terror aktının Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin bayramı, ölkənin XİN başçısının İsrailə səfəri və orada Azərbaycan səfirliyinin açılması ilə eyni vaxta təsadüf etməsinə diqqət çəkib. "Bütün xalqımız bilir ki, Ermənistanla yanaşı Azərbaycanda təxribat törədə bilən və artıq bunu açıq edən daha bir qüvvə var ki, bu da İrandır", deyə Məmmədov qeyd edib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da terror aktının dövlət təhlükəsizliyi orqanlarının peşə bayramı günündə və Azərbaycanın İsraildəki səfirliyinin açılması ərəfəsində törədilməsinə diqqət çəkib.
Deputata onu öldürmək məqsədilə avtomatdan atəş açılıb, bu sui-qəsd siyasi məqsəd daşıyır. Bu, sadəcə olaraq Azərbaycanda dəyərli insanları ortadan götürmək deyil, dövlət elitasında, hakimiyyət orqanlarda bir xof yaratmaq, siyasi senzura meydana gətirmək cəhdidir, Oruc belə hesab edir.
Xüsusi xidmət orqanlarının keşmiş əməkdaşı Ərəstun Oruclu isə bildirib ki, bu hadisə konkret Fazil Mustafa ilə bağlı deyil və ümumiyyətlə gözlənilən hadisə idi. Onun sözlərinə görə, siyasətçilərə hücum həmişə bir cəmiyyətdə çaşqınlıq, qorxu yaratmaq məqsədi güdür.
Öz növbəsində, Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli hakimiyyəti real cinayətkarlığa qarşı mübarizə aparmaq iqtidarında olmadığına görə tənqid edib.
"Müxalifətçiləri güdmək üzrə ixtisaslaşmış rejim gerçək cinayətkarlıqla mübarizədə hələ ki, acizlik göstərir. Bu cinayətin tezliklə açılmasında hökumətin maraqlı olacağına ümid edirəm. Dövlət hakimiyyəti, nəhayət, öz işi ilə məşğul olmalıdır. Dövlətin resursları müstəqil və müxalif fikirli insanları əzməyə yox, gerçək cinayətkarlıqla mübarizəyə səfərbər edilməlidir", deyə Əli Kərimli öz Facebook səhifəsində yazıb.