Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər saxlanılıb

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.


Pressklub.az xəbər verir ki, bu barədə ilkin olaraq haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev isə bildirib ki, Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, Fazil Mustafa bir neçə gün öncə öz evinin qarşısında güllələnib. Naməlum şəxs ona avtomatdan atəş açıb. Nəticədə, millət vəkili çiynindən və ayağından yaralanıb və əməliyyat olunub.