Logo
news content
User
Kateqoriyalar

Xəbər

Faşizmi təbliğ edən rus idmançı üzr istədi - "Bağışlayın" deyir

Xəbər verdiyimiz kimi, Gənclər üzrə Avropa kartinq çempionatında iştirak edən 15 yaşlı idmançı Artem Yerasiyux mükafatlandırma mərasimi zamanı verdiyi nasist salamına görə üzr istəyib.

O, nasizmi dəstəkləmədiyini bildirib: “Mən etdiyim jestə görə üzr istəyirəm. Nasistləri dəstəkləmirəm və hər kəsin məni başa düşəcəyinə ümid edirəm”.

Qeyd edək ki, Portuqaliyada baş tutan çempionatda  İtaliya bayrağı altında çıxış edən rus idmançı öz nasist salamı ilə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. İdmançının bu hərəkətindən sonra FIA bunun yolverilməz olduğunu və ciddi tədbirlər görüləcəyini bildirmişdi.