Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Facebook" adını dəyişdirməyi planlaşdırır

"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.



Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.(Trend)