
Evi insanların başına uçuran “Melissa Group”un rəhbəri həbsdən buraxılıb
14 May 2025
Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.
Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədar cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi. (Qafqazinfo)