Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əsgərimiz özünü güllələyib

Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdən birinin əsgəri Qəhrəmanov Ərşadın intihar etməsi faktı ilə bağlı hərbi prokurorluqda araşdırma aparılır.

Prokurorluğun açıqlamasında deyildiyi kimi, kriminalistlər hadisə yerinə və meyitə baxış keçirib, maddi sübutlar götürüb və ifadələr alıblar.

Faktla bağlı hərbi prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, şahidlər dindirilib, ekspertizalar təyin edilib, deyə məlumatda bildirilir.

Xəbərdə əsgərin özünü hansı silahdan vurduğu və bunun nə vaxt baş verdiyi açıqlanmır.