Əsədov quru sərhədlərin bağlı qalmasını "əsaslandırdı"...
13 Mart 2026
Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını əsaslandırmağa çalışıb.
"Məlum olduğu kimi, ötən həftə İrandan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib. Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev ölkəsinin təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.
Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir", - Baş nazir deyib.
Əli Əsədovun çıxışı onu göstərir ki, hökumət hələ də Azərbaycanın quru sərhədlərini açmağa hazırlaşmır.