Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın müdafiə naziri: "Atışmadan öncə mövqelərin tutuşdurulması cəhdi olub"

Ermənistanın Müdafiə naziri Suren Papikyan aprelin 11-də baş verən atışma ilə bağlı öz versiyasını səsləndirib.

Pressklub.az-ın Sputnik Armeniya-ya istinadla məlumatına görə, Papikyan parlamentdə bəyan edib ki, Tex-Kornidzor ərazisində mühəndis işləri aparılırmış, tərəflər danışıqlar aparırmış, qoşunların mövqeləri və dislokasiya yerləri tutuşdurulurmuş. Nəticədə ərazinin bir hissəsində işlər yekunlaşıb və bu barədə elan edilib.

Lakin növbəti mərhələdə toqquşma baş verib və atışmaya çevrilən döyüş olub. Onun sözlərinə görə, həmin ərazi problemli yer olaraq qalır və razılaşma istiqamətində işlər görülür.