Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın "həyat arteriyası" bir ay müddətinə bağlanır

Gürcüstan hakimiyyəti mayın 5-dən təmir işləri ilə əlaqədar bir ay müddətinə “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidi üçün bağlayacaq.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Müəyyən gecikmələrlə nəqliyyat vasitələri yük avtomobilləri üçün nəzərdə tutulan keçidlərdən istifadə edə biləcəklər. Qeyd olunub ki, gömrük-keçid məntəqəsindən insanların gediş-gəlişi adi qaydada, heç bir maneəsiz həyata keçiriləcək.