Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda qiymətlər nə qədər artıb?

Ermənistanda illik makroiqtisadi hesabat yayılıb.

Pressklub.az bildirir ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə ümumi daxili məhsul 2021-ci ilə nəzərən 14,2 faiz artıb.

Sənayedə illik yüksəliş 7,8 faiz, kənd təsərrüfatında 0,4 faiz, tikintidə 12,5 faiz göstərilir.

Xidmət sahəsində 28,2 faiz, ticarətdə 17 faiz, xarici ticarət dövriyyəsində 68,6 faiz, ixracda 77,7 faiz, idxalda 63,5 faiz artımın qeydə alındığı xəbər verilir.

İllik inflyasiya rəqəmi 8,6 faizdir.