Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda həbslər: Polis Rusiya səfirliyinə giriş-çıxışı bərpa edib

Sentyabrın 20-nə keçən gecə Ermənistan polisi Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxışı bərpa edib, bir neçə etirazçını saxlayıb.

Bu barədə TASS məlumat yayıb.

Amma saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, hökumət əleyhinə nümayişlər zamanı 30-dan çox insan xəsarət alıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanıb. Diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.