Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Türkiyəyə ixracını 139 dəfə artırıb

Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2022-ci ildə Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 324,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (73,5 milyon dollar) 4,4 dəfə çoxdur.

Pressklub.az xəbər verir ki, nazirliyin məlumatına görə, embarqonun ləğvindən sonra Ermənistandan Türkiyəyə mal ixracı 139 dəfə artıb.

Ümumilikdə, məhdudiyyətlərin aradan qaldırılmasından sonrakı il ərzində ölkələr arasında ticarət dövriyyəsi 324,5 milyon dollar təşkil edib, Türkiyə mallarının idxalı isə 3,6 dəfə artıb. Ötən il Ermənistana 263,3 milyon dollar dəyərində Türkiyə məhsulları idxal edilib. 2021-ci ildə (embarqo olanda) bu rəqəm 73 milyon dollar olub.