Ermənistan səyahət üçün təhlükəli ölkədir - ABŞ siyahını yenilədi
09 Fevral 2022
ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi COVID-19-a yoluxmaların artması səbəbindən daha yeddi ölkəni səyahət edilməsi riskli ölkələr siyahısına salıb. Bu barədə mərkəzin saytında məlumat yayılıb.
Bildirilib ki, “omikron”a yoluxmaların artması səbəbindən Yaponiya, Kuba, Ermənistan, İsrail, Liviya, Oman və Konqo ABŞ vətəndaşları üçün təhlükəli uçuş nöqtələri siyahısına əlavə edilib.
Bununla ABŞ-ın koronavirusun ən çox yayıldığı ölkələr siyahısına saldığı ölkələrin sayı 134-ə çatıb.
Qeyd olunub ki, vətəndaşlar tam vaksinasiyadan keçmiş olsalar belə, siyahıdakı ölkələrə getməkdən çəkinməlidirlər. (Qafqazinfo)